Muəllif:

FTB Tsarnayev qardaşlarına təlim keçənləri axtarır

Federal Təhqiqat Bürosu və ABŞ polisinin müstəntiqləri Bostonda terror aktının təşkilində şübhəli bilinən Tsarnayev qardaşlarını partlayıcı qurğularla işləməyi öyrədən terrorçuları axtarır. Bu barədə RİA Novosti agentliyi Daily Mirror qəzetinə istinadən bazar günü məlumat verir.
«Bizdə şübhə yoxdur ki, onlar (Tsarnayevlər) tək hərəkət etməyib. İki bombanın partladılmasında istifadə olunan qurğular olduqca mürəkkəb olub və insanların Google vasitəsilə öyrənilə bilən əşyalara oxşamırlar. Kimsə qardaşlara belə bilikləri verib, bizim məqsədimiz isə hal-hazırda onları tapmaqır», — qəzet ABŞ hüquq-mühafizə orqanlarındakı mənbədən sitat gətirir.
FTB agentləri hesab edirlər ki, Tsarnaevlərin arxasında uzun illər hazırlanan və hərəkətə keçmək anını gözləyən terrorçuların «məxfi özəyi» durub.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 114