Muəllif:

Fransua Şaplenin Bakıda fortepiano konserti olacaq

Mayın 16-da saat 19.00-da Muğam Mərkəzində (Neftçilər prospekti) fortepianoçu Fransua Şaplenin konserti keçiriləcək. Fransa səfirliyindən bu barədə bildirilir ki, Fransua Şaplen, Paris Milli Musiqi Konservatoriyasının məzunudur. Seniqalliya Beynəlxalq Müsabiqəsinin laureatı olan Fransua Şaplen, 1989-cu ildə Klivlend Beynəlxalq Müsabiqəsində Motsart mükafatına və daha sonra Rober Kasadesü mükafatına layiq görülüb. Dövlət Lill Orkestri, Sankt-Peterburq Filarmonik Orkestri, Yaponiya Filarmonik Orkestri, Paris Orkestral Ansamblı və s. bir çox orkestrlərdə solist kimi çıxış edir.
Konsert proqramına Mozart, Şopen, Fore və Debussinin əsərləri daxildir. Giriş sərbəstdir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 159