Muəllif: Redaksiya
Fransanın xarici ticarət naziri Bakıya səfərə gəlir
Fransa xarici ticarət naziri xanım Nikole Brik noyabrın sonunda Azərbaycana səfər edəcək. Bu barədə jurnalistlərə Fransanın Azərbaycandakı səfiri Paskal Mönye deyib. Onun sözlərinə görə, səfərin məqsədi Azərbaycan-Fransa qarşılıqlı iqtisadi əməkdaşlıq komissiyasının iclasında iştirak etməkdir.
Qeyd edək ki, 2013-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan və Fransa arasında ticarət dövriyyəsi 1 183,2 milyon dollar təşkil edib.
Bölüm: İqtisadiyyat
Oxunma sayı: 131