Fransanın THALES şirkəti Ermənistanla əməkdaşlığını təkzib edir
Fransanın THALES şirkəti Ermənistan Müdafiə Nazirliyi və sözügedən şirkət arasında rabitə avadanlıqlarının və döyüş idarəetmə sistemlərinin tədarükünə dair danışıqların aparılması barədə mətbuatda yayılan məlumatları təkzib edib.Trend-in məlumatına görə, şirkət beynəlxalq qaydalara tam uyğun fəaliyyət göstərdiyini və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət etdiyini bəyan edib.
Qeyd edək ki, bəzi kütləvi informasiya vasitələri Ermənistannın Fransanın THALES şirkətindən silahlı qüvvələr üçün yeni rabitə avadanlıqları satın almaq niyyətində olduğu və tərəflər arasında bununla bağlı danışıqlar getdiyi barədə məlumat veriblər. THALES aerokosmik və nəqliyyat, həmçinin müdafiə və təhlükəsizlik bazarları üçün qlobal texnologiya lideridir.