Muəllif: Redaksiya
Fransanın Bakı səfirliyindən açıqlama: Loran Fabius pisləyir
Fransanın Bakı səfirliyi aşıqlama yayaraq Fransa XİN başçısı Loran Fabiusun bəyanatını çatdırmışdır. Fabius Fransanın Tripoli səfirliyinə məlum hücumu pisləyir. Bəyanatda deyilir:
«Mən Liviyanın Tripoli şəhərində Fransa Səfirliyinə iki fransalı əməkdaşın yaralanması ilə nəticələnmiş hücum faktını qətiyyətlə pisləyirəm. Dövlət xidmət orqanlarımız Liviya rəsmiləri ilə birlikdə bu mənfur hadisənin başvermə şəraitinin tam şəkildə aydınlaşdırılması və onu törədənlərin tezliklə müəyyən edilməsiüçün lazım olan bütün tədbirləri görəcəklər. Yaralanmış fransalı əməkdaşların tezliklə sağalmasını arzulayır və onlara həmrəyliyimi və dərin rəğbətimi bildirirəm».
Bölüm: Dünya
Oxunma sayı: 119