Muəllif:

Fransanı pendirsiz təsəvvür etmək mümkündürmü?

Fransız mətbəxinin rəngarəngliyini və müxtəlifliyini təqdim etmək üçün prezident general Şarl de Qoll Fransanı “30 növ pendiri olan ölkə” adlandırmışdı. Əslində isə onların sayı 1000-dən çoxdur. Hər gün birini dadsaq, buna neçə il lazım gəldiyini hesablamaq çətin deyil.

Fransız pendiri cəfərili və ya fındıqlı ola bilər, süfrəyə soyuq və ərinmiş şəkildə, ayrıca əsas yemək və ya desertdən əvvəl bir neçə pendirdən ibarət çərəz kimi, və ya sadəcə olaraq yaxmac şəklində verilə bilər…Fransada pendiri dadmaq üsullarının sayı-hesabı yoxdur. Bu da təsadüfi deyil, çünki, Fransa ən böyük pendir istehal edən ölkələlər sırasındadır. 2010-cu ildə YUNESCO bəşəriyyətin qeyri-maddi abidələri sırasına pendiri yüksək qiymətləndirən fransız mətbəxini daxil edib.
Fransada istehsal olunan pendir növlərinin sayı-hesabı yoxdur: dü komte, bofor, furm d’Amber, emantay, qrüyer və s.. ən məşhurlarını belə saymaqla qurtarmaq olmur. Yeri gəlmişkən, 2013-cü ilin əvvəlindən bu pendirin adı daha tez-tez çəkilir. Bu andan etibarən Avropa Birliyinə daxil olan ölkələrdə qrüyer növ pendirin istehsalı qanunvericiliklə qorunur. 2012-ci il fevralın 11-də birliyin orqanı olan rəsmi jurnalda ona coğrafi qorunma kodu (İGP) elan edilmişdir. İçveçrədə istehsal edilən qrüyerdən fərqli olaraq, fransız qrüyerində mütləq deşiklər olmalıdır və bu əlamətə əsəsən iki ölkənin eyniadlı pendiri bir-birindən fərləndirilir.
Coğrafi qorunma kodu (İGP) xüsusilə Dub, Jüra, Yuxarı Son, Savoyya, Yuxarı Savoyya departamentlərinə və Belfor ərazisinə aiddir. Təkcə 2012-ci ildə 42.000 baş fransız qrüyeri istehsal edilib.
Ümumiyyətlə götürsək, 45 növ pendirə müəyyən ərazidə və bütün tələblərə nəzarət edilərək hazırlanmış məhsul (AOC) və 38-nə isə mənşəyi qorunan məhsul (AOP) sertifikatı verilib. Bu növ sertifakata ilk dəfə 1925-ci ildə, indi də yalnız Fransada deyil hətta Avropada məşhur olan Rokfor pendiri layiq görülüb. Mədəniyyət və mətbəx nümunələrini qoruyub saxlamaq üçün bu sertifikatlar ən yaxşı təminatdır.

Fransız pendiri digər ölkələrdə də sevilir

Fransızlar ildə adambaşına orta hesabla 24 kilo pendir yeyir və dünyada ən böyük istehlakçılardan biri hesab edilirlər. Fransız pendiri ölkə sərhədlərindən kənarda da böyük şöhrətə malikdir. Statistik məlumatlara əsasən (EUROSTAT) 2011-ci ildə xarici ölkələrə 669 155 ton pendir ixrac olunub, halbuki 2007-ci ildə bu rəqəmlər 650 544 ton təşkil edirdi. Avropa ölkələrindən başqa ABŞ, Cənubi Koreya və Yaponiya ən böyük idxalçı hesab edilirlər, onu da qeyd edək ki, bu ölkələrdə təzə pendir və kəsmiyə (238 665 ton) daha çox üstünlük verirlər nəinki, ərinmiş (64 424 ton) və ya yumşaq pendirə (cəmi 174 159 ton, bunun da 20 379 ton kamamber, 67 749 tonu isə bri növüdür).
Belə populyarlığı nəzərə alan Süd İqtisadiyyatı Peşələrarası Milli Mərkəzi (CNİEL) Rusiya, Çin və Braziliya kimi ölkələrlə əlaqələri möhkəmləndirmək üçün irimiqyaslı tədbirlər həyata keçirir. “Bizim əsas hədəfimiz bu ölkələrdə yaşayan, gündəlik həyatlarını pendirsiz təsəvvür edə bilməyən fransızlardır, bununla yanaşı, yüksək həyat tərzinə malik olanları, fransız mədəniyyətinə biganə qalmayanları da nəzərdən qaçırmırıq (CNİEL)”.
Lö konte pendirinin Fransa sərhədlərindən kənarda kifayət qədər alıcısı var. Kontenin Peşələrarası komitəsi 7 milyonluq büdcəsinin 1 milyonunu bu pendirin xaricdə daha geniş təbliğ olunmasına yönəldib. Hər il Almaniya, Belçika və Böyük Britaniyaya 3 500 tondan 4 000 tonadək konte pendiri ixrac edilir.

Təbliğat tədbirləri bir sıra ölkələrin kafelərində, məsələn, Yaponiyada dequstasiya formasında aparılır. Bu isə həmin ölkələrdə pendirin satışının artırılması üçün yaxşı nəticələr verir. Yaponiyada ixtisaslaşmış pendir şöbələri iri marketlərdə açılır, və onlar Fransada bu sahədə təhsil almış və təchizatçılar şəbəkəsi ilə yaxından əməkdaşlıq edən mütəxəssislər tərəfindən idarə olunur.

Nəhəng firmalar və kiçik müəssisələr

Fransa pendir sanayesi çoxşaxəli quruluşa malikdir. Burada 30 000 min süd, 1 400 pendir istehsalçısı, 227 özəl emal müəssisəsi və 154 iri pendirtutma firması var.
Onlar Fransa ərazisinin 80 faizinə səpələnib. Bu sahədə 150000 adam işləyir, onların əksəriyyəti iri firmalarda, məsələn, dünyada ikinci yerdə duran Laktalis şirkətində və ya Elle et Vivre və Caprice des Dieux pendirlərini istehsal edən Fransanın ikinci ən böyük kompleksi sayılan Bonqrən firmasında çalışır. Qalanları isə 13 000 kiçik müəssisədə işləyir.
Martın 27-də, Beynəlxalq pendir günü münasibətilə təşkil olunan sərgidə, Mölön brisi, Kos blesi, rokomadur və digər pendirlərin dequstasiyası keçirilib. Fransa üçün bu bayram bütün dünyanı valeh edən süd məhsulları sərvətini və rəngarəngliyini nümayiş etdirmək üçün gözəl bir fürsət idi.

Barbara Löblan

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 318