Muəllif:

Fransa: Yeni il gecəsində 1193 avtomobil yandırıldı

Fransada “ənənəyə” bu il də riayət olundu. Dekabrın 31-dən yanvarın 1-nə keçən gecə 1193 avtomobil yandırıldı. Bu barədə Fransa daxili işlər naziri Manuel Vals bildirib. Açıqlanan rəqəmlərə görə, son 4 ildə vəziyyət eynilə qalır, Yeni il gecəsində qəsdən yandırılmış avtomobillərin sayında nəzərəçarpacaq dəyişiklik yoxdur. Məsələn, 2009-cu ildə 1147, 2010-cu ildə 1137 avtomobil yandırılmışdı. Bu dəfə də gənclərdən ibarət bandalar küçələrdə avtomobil yandırmaqda bir-birləri ilə “bəhsə girmişlər”.
Bu il 65 min polis və jandarm asayişin qorunmasına cəlb edilmiş olsa da, “ənənəni” pozmaq mümkün olmayıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 214