Muəllif:

Fransa səfiri: “Ermənistana MİLAN raket komplekslərinin satışına dair məlumat araşdırılır”

“Fransa və Almaniya Ermənistan və Azərbaycana silah satışına dair ATƏT-in tətbiq etdiyi embarqoya riayət edir”. Fransanın Azərbaycandakı səfiri Paskal Monye Ermənistan KİV-də bu ölkənin Fransa- və Almaniya istehsalı olan MİLAN tank əleyhinə raketlər alması barədə xəbərləri APA-ya belə şərh edib.

“Məndə bu satışla bağlı məlumat yoxdur. Lakin bunun gerçək olması ehtimalı azdır, çünki hərbi texnikanın ixracı bu sanksiyalarla ziddiyyət təşkil edir. Fransa bu məlumatın həqiqətə uyğun olub-olmadığını araşdırır”.Xatırladaq ki, Ermənistanın “Razm.info” hərbi saytı MİLAN tank əleyhinə idarəolunan raket kompleksinin fotolarını dərc edib. Bu raket komplekslərinin hansı ölkədən və hansı miqdarda alındığı açıqlanmır. 1962-ci ildən Fransa və Almaniyanın birgə istehsal etdiyi bu raket komplekslərinin hədəfi vurma məsafəsi 75-2000 metrdir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 176