Muəllif: Redaksiya
“Formula 2” yarışlarında qayıqlar toqquşub
İyulun 7-də Bakı buxtasında motorlu qayıqsürmə üzrə (Formula-2) “Grand Prix–2013” turniri çərçivəsində keçirilən yarışmada iştirak edən iki qayıq qəzaya uğrayıb. FHN-nin məlumatına görə, iki rezin qayığın pilotları xilasetmə xidməti tərəfindən xilas edilib. Lakin onların adları və hansı ölkədən olduqları açıqlanmır.
Qaliblərə gəlincə, birinci yeri İsveçin “Getel Racing” komandasının pilotu Erik Stark tutub. İkinci yeri Azərbaycan nümayəndəsi Cohan Andersson, üçüncü yeri Latviyanın “Riga powerboat” kollektivinin pilotu Ulvis Slakteris tutub.
Bölüm: Idman
Oxunma sayı: 155