Foqts siyahını açıqladı
Azərbaycan yığmasının 2014-cü ildə (DÇ-2014) Braziliyada təşkil olunacaq futbol üzrə dünya çempionatının qrup mərhələsində Lüksemburq və Portuqaliya ilə görüşlərinə çağırılan futbolçuların siyahısı açıqlanıb. Komandamız DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində martın 22-də Lüksemburq, martın 26-da isə Bakıda Portuqaliya ilə qarşılaşacaq. Bu oyunlara hazırlıq məqsədilə martın 13-dən 26-dək təlim-məşq toplanışı olacaq. Həmin 13 günlük hazırlıqlarda 25 futbolçu iştirak edəcək. Oxucularımızı siyahı ilə tanış edirik:
Qapıçılar: Kamran Ağayev (Bakı), Anar Nəzirov (Qəbələ), Səlahət Ağayev (Sumqayıt);
Müdafiəçilər: Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev, Qara Qarayev (hamısı «Qarabağ»), Vladimir Levin (“İnter”), Aqil Nəbiyev (“Bakı”), Vurğun Hüseynov (“Qəbələ”), Ruslan Abışov (“Rubin», Rusiya), Rasim Ramaldanov (“Simurq”), Elhad Nəziri (“Petrolul”, Rumıniya), Mahir Şükürov (“Neftçi”);
Yarımmüdafiəçilər: Rəşad Sadiqov (Neftçi), Cavid Hüseynov, Elvin Məmmədov (hər ikisi “Bakı”), Rahid Əmirquliyev (“Xəzər Lənkəran”), Əfran İsmayılov (“Qarabağ”);
Hücumçular: Vüqar Nadirov, Vaqif Cavadov (hər ikisi «Qarabağ»), Rauf Əliyev (“Bakı”), Cihan Özkara («Sivasspor», Türkiyə), Rüfət Dadaşov («Kayzerslautern II», Almaniya), Pərdis Fərcad-Azad (“Sumqayıt”).
Qeyd edək ki, Anar Nəzirov və Vladimir Levin martın 14-dən, Elhad Nəziri isə martın 17-dən millinin heyətinə qoşulacaq. Ruslan Abışov və Cihan Özkaranın millinin heyətinə nə zaman qoşulacağı isə çıxış etdikləri klublarla danışıqlardan sonra müəyyənləşəcək.