Muəllif:

Fitch Ratings: ilk mərhələdən sonra 30-25 bank qala bilər

Azərbaycanda bank bazarında kapitallaşmının birinci mərhələsindən sonra 30-35 bank qala bilər. Bu barədə cümə günü Fitch Ratings beynəlxalq reytinq agentliyinin MDB maliyyə təşkilatları üzrə rəhbəri Dmitri Abramov ötən gün Azərbaycan Mərkəzi Bankında keçirilən görüş zaman bildirb, deyə Trend-in məlumatında bildirilir.
«Bu gün Mərkəzi Bankın yeni normativlərinə 12 bank cavab verir, 7 bank 35 milyon manatdan yuxarı, 24 bank isə 35 milyon manatdan aşağı kapitala malikdir. Onlardan bəziləri üçün kapitalın artırılmasının mənası yoxdur və qeyri-bank kredit təşkilatlarına çevrilməklə bazarda qala bilərlər. Görüş ərzində bu fikir söylənilib»,-deyə Abramov bildirib.
Onun sözlərinə görə, bank sektorunun yeni normativlərlə kapitallaşması üçün 750 milyon manat vəsait lazımdır ki, bunun da 700 milyonu üçünçü kateqoriya banklar üçündür.
«Bütövlükdə, bu birləşmə bazar üçün xeyirli olacaq, bank xidmətlərinin keyfiyyəti və effektivliyinə müsbət təsir edəcək»,- deyə Abramov bildirib.

Bundan başqa, Fitch Ratings beynəlxalq reytinq agentliyi Azərbaycanda 2013-cü ildə birrəqəmli inflyasiyanın saxlanacağını proqnozlaşdırır. Bu barədə isə İnkişaf edən Avropada suveren reytinqlər üzrə agentliyin direktoru Çarlz Sevil Bakıda cümə günü «Azerbaijan Credit Outlook 2013» seminarında çıxışı zamanı bildirib.
«Bizim proqnozlarımız Azərbaycan Mərkəzi Bankının 2013-cü ildə proqnozlaşdırdığı 5-6 faizlik inflyasiya ilə üst-üstə düşür. Gələcəkdə ən böyük inflyasiya ərzaq məhsullarının qiymətində qeydə alınacaq»,- deyə Sevil bildirir.
Onun sözlərinə görə, neft hasilatının azalması qeyri-neft sektorunun inkşafı ilə kompensasiya ediləcək və agentlik 2013-cü ildə Azərbaycanda 4 faiz həcmində ÜDM proqnozlaşdırır.
«İnfilyasiya və digər amillərə dövlət investisiyalarının yatırılması onu göstərir ki, qeyri-neft sektorunun böyüməsi əsasən dövlət xərcləri hesabına olub. Azərbaycan özünün ÜDM-nin 15 fazini maliyyələşdirir ki, bu da çox yüksək göstəricidir. Lakin biznes mühitin yaxşılaşmasını, xüsusən də maliyyə vəsaitlərinə çıxışda irəliləyişləri qeyd etmək olar»,- detə Sevil bildirib.
Bakıya səfərləri zamanı beynəlxalq reytinq agentliyinin təmsilçiləri Azərbaycanın Maliyyə Nazirliyi, Mərkəzi Bankı və digər kommersiya banklarında görüşlər keçiriblər.

Fitch Ratings Azərbaycan İpoteka Fondu, kommersiya bankları, dövlət şirkətləri daxil olmaqla 13 təşkilatın reytinqini hazırlayır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 144