Muəllif:

Firəngiz Mütəllimova Türkiyədə beyin əməliyyatından çıxıb

Yaşar Nurinin ölümündən sonra möhkəm stress keçirdim.
Özümü çox pis hiss edirdim, başımda ağrılar vardı. Vəziyyətim qəfil dəyişirdi. Ad çəkmək istəmirəm, amma bunu gizlətməyəcəm ki, bizim həkimlər məni ümidsiz vəziyyətə saldılar, az qala oturub ölümümü gözləyirdim.

Bu günkü mətbuat konfransında xalq artisti Firəngiz Mütəllimova daha sonra deyib ki, Türkiyədə beyin kavernomasından əməliyyat olunandan sonra, həyatına olan təhlükə sovuşub: “Mən Türkiyədə olanda haqqımda müxtəlif şayiələr dolaşırdı, əsassız söz-söhbətlər yaranmışdı. İstədim mətbuat konfransı vasitəsi ilə hər şeyə aydınlıq gətirəm. İndi yaxşıyam, işimə davam edəcəm. Altı saatlıq əməliyyatdan sonra canımda olan bütün ağrılar çəkildi. Türkiyəyə getməsəydim, bizim həkimlərin əlində vəziyyətimin necə olacağını bilmirəm”.

Mütəllimova gələn həftədən Milli Dram Teatrında və Mədəniyyət və İncəsənət Universitetində işlərini davam etdirəcək. Xatırladaq ki, tibdə beyin kavernoması xoşxassəli, anadangəlmə şiş hesab olunur.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 223