Fəxriyyə Xələfovadan Eldar Qasımova gözlənilməz təklif
Prezident yanında Gənclər fondunun maliyyə dəstəyi ilə «Addım Yaradıcı Gənclər Assosiyasiyası» hazırda Bakıda «Modern Art Academy»(Müasir İncəsənət Akademiyası) adlı treninqlər layihəsi çərçivəsində müasir incəsənət sahələri üzrə xarici mütəxəssislərin ustad dərsləri davam edir.
Ötən gün Modern Art Academy-də «Model sənəti» üzrə ustad dərslərdə əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova da iştirak edib. Moda sahəsində yaradıcılıq təcrübəsini gənclərlə bölüşən modelyer onlara əsasən zövqlü olmağı tövsiyyə edib. Tədris prosesi zamanı «Addım Yaradıcı Gənclər Assosiyasiyası»nın təsisçilərindən olan Eurovision qalibi Eldar Qasımovu görən Fəxriyyə xanım onu səhnəyə çağırıb gözlənilməz təklif edib. Bir neçə ətirin yaradıcısı olan modelyer Eldara ona məxsus parfumlar hazırlamağı təklif edib. Daha sonra dərsləri Hollandiya və Gürcüstandan gələn mütəxəssislər davam etdirib.
«Maximum» model agentliyinin direktoru İrina Çaxunaşvili və model xareoqraf İva Lomid gənclərə podiumda düzgün gəzmək üçün praktik məşğələlər keçiblər. Onları təəcübləndirən isə bu sahəya Azərbaycanda oğlanlar tərəfindən xüsusi maraq olması olub. Onlar iştirakmılar arasında unformalların da olmasını maraqla qarşılayıblar. Qeyd edək ki, layihə çərçivəsində Amerika, Hollandiya, Türkiyədə və Gürcüstandan gələn müəllimlər model, dj, foto və vokal sənəti üzrə ustad dərslər keçirlər.