Muəllif:

Fətullah Gülən son həbslərlə bağlı ittihamlara cavab verib

Son antikorrupsiya əməliyyatı ilə bağlı hazırda ABŞ-da yaşayan Türkiyənin ünlü din xadimi Fətullah Gülən əfəndiyə qarşı mediada yer alan ittihamlara cavab verilib.  Gülənin vəkili Orxan Ərdəmli yazılı açıqlamasında müdafiə etdiyi şəxsə münasibətdə mediada ‘hökumətə savaş açmaq, əməliyyat başlatmaq, kirli oyunlar oynamaq, tələ qurmaq” kimi iddiaları pis niyyət və xəyalın məhsulu adlandırıb. Vəkil F.Gülənin bu araşdırmaları və bunları həyata keçirən şəxslərlə hər hansı əlaqəsinin olmadığını söyləyib.

“İstanbul Baş Prokurorluğunun son iki gündə antikorrupsiya və rüşvət almaq iddiaları ilə bürokratlar və siyasilərin yaxınlarının saxlandığı deyilir. Araşdırma mövzusu olan korrupsiya, rüşvət və qaçaqçılıq hər ölkədə rast gəlinən haldır. Hüquq-mühafizə orqanları və müstəqil məhkəmə bunları araşdırmaq və mühakimə üçündür.

Dövlət və xalqlar bu cinayətlərə qarşı mübarizə apardıqları ölçüdə demokratik hüquqi dövlət olmasından danışa bilər. Gündəmdə olan araşdırmaları normal məhkəmə müddətində və soyuqqanlıqla dəyərləndirmək lazımdır.

Araşdırmalarla bağlı bir sıra xəbər və yazılarda müdafiə etdiyim F.Gülənə qarşı ittihamların yönəldilməsi haqsızlıqdır. Belə ittihamlar diqqəti araşdırmadan həbslərin mahiyyətindən uzaqlaşdırmaqdır.

Həbslərlə bağlı isə Türkiyə mətbuatı yeni təfərrüatlar dərc edib. Texniki izləmə nəticəsində çəkilən şəkil və videolar istintaqın ən mühüm dəlilləri hesab olunur. Daxili işlər naziri Gülərin oğlunun ofisinin önündə çəkilən fotolarda 3 şübhəlinin Barış Gülərə 3 milyon dollar rüşvət verdiyi dəlili olaraq göstərilir. Bir başqa şəkildə isə Barış Gülər və Rza Zərrab eyni fotoda yer alıblar.  Zərrabın məkanına çantasız gələn Barış çıxışda çanta ilə görünür. İddialara görə, çantada 800 min dollar var.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 189