Muəllif:

Fəthullah Gülen baş nazir Erdoğanı «səviyyəsiz» adlandırıb

Hazırda ABŞ-da yaşayan Fetullah Gülen Türkiyənin baş naziri Recep Tayyip Erdoğanın hücumlarına cavab verib.    Türkiyə baş naziri bu il dekabrın 17-də baş verən həbslərə görə Güleni və onun başçısı olduğu təriqəti nəzərdə tutaraq, kəskin ifadələr işlədib. Erdoğan Güleni, Türkiyənin polis, ədliyyə və s. dövlət qurumlarındakı şəbəkəsini nəzərdə tutaraq, “hininizə girib didik-didik edəcəyik”, “dövlətə paralel struktur ola bilməz”, “xarici güclərin əlində alətə çevrilmiş zavallı agent” kimi ifadələr işlədib.

Gülen Türkiyədə baş verənlərə görə adının çəkilməsinə cavab olaraq “oğurluğu görməyərək oğruların üzərinə gedənləri cəzalandıranların Allah evini yıxsın, yuvasına od salsın” qarğışı etmişdi. Erdoğanın “hininizə girəcəyik, didik-didik edəcəyik” hədəsinə ünlü din xadimi “səviyyəsizlik” cavabı verib. Gülen Erdoğan iqtidarına “müsəlmana “çətə”, “şəbəkə”, “quldur” deyənlərin ölkədə heç bir əyrini düzəldə bilməyəcəkləri  damğası vurub. “Bəli, belə deyəcəklər və sizi bu cür şeylərlə bəşəriyyətin vicdanında bəlli şeylərə məhkum etmək istəyəcəklər, amma bunlar hamısı səviyyəsizliyin ifadəsidir”, -deyə Gülen Erdoğanın tərzinə qiymət verib.  

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 181