Muəllif:

Fermer də, hökümət də pambığa maraqlı deyil…

Bu il pambıq əkini sahələri ötən ilə nisbətən təxminən 17% azalıb və 25 min hektar təşkil edib. KTN-dən verilən məlumata görə, hazırda pambıq sahələrində sonuncu kompleks becərmə işləri aparılır. Havaların yağıntılı keçməsi təxminən 23 min hektar ərazidə təkrar əkinin aparılmasına səbəb olub.
Ekspert Vahid Məhərrəmov deyir ki, Sovet dövründə Azərbaycan rəhbərliyi sovet hökumətinə yarınmaq üçün həm pambıqçılıq, həm də üzümçülüklə bağlı verilən tapşırığa artıqlaması ilə əməl etməyə çalışırdı:” Müstəqilliyimizin ilk illərində də — hələ neft-qazın olmadığı vaxtlarda hökumət bu sahəyə fikir verirdi. Çünki bu, pul gətirən sahə idi. Ona görə 90-cı illərin ortalarında Azərbaycanda pambıqçılıq hələ də mövcud idi və bu sahəyə diqqət vardı. Amma indi neft-qazdan asan gəlir gəlir. Hökumətin başı qarışıb neft-qaz pullarına və bu sahəyə ümumiyyətlə fikir vermirlər. KTN taxılçılığı inkişaf etdirmək adı ilə daha geniş sahələrdə taxıl əkdirir. Bunun üçün subsidiyalar ayrılır. Məsələn, buğda istehsalına 80 manat vəsait ödənilir. Həm kəndlilər, həm bələdiyyə fəalları, həm yerli icra orqanlarının nümayəndələri hökumətdən buğda istehsalı ilə məşğul olmaq haqda tapşırıq alırlar. Ona görə də əkin sahələri daha çox taxılçılığa yönəldilir”.
Məlumdur ki, pambıqçılıq işçi qüvvəsi tələb edən ağır sahədir. Bu sahədə texnika ilə təminat demək olar yoxdur. Əkin-səpin işləri, alaq otlarına qarşı mübarizə — bütün bu işlərin 90 faizi əllə görülür. Bu da çox ağır işdir. Bundan başqa, suvarma ehtiyacı lazımi səviyyədə ödənmir. Istehsal olunan pambığı da ucuz qiymətə verirlər. Bu baxımdan məhsuldarlıq aşağı olur. Gəlir götürə bilməyəndə də pambıq istehsalından yayınırlar.
Bütün bunlara baxmayaraq, ekspert Azərbaycanın pambıq istehsalını artırmalı olduğunu deyir: “Bu gün dünyanın ən inkişaf etmiş ölkələri pambıq istehsalı ilə məşğuldur. ABŞ, Israil, Türkiyə, Çin, Hindistan kimi, ölkələr bu sahədən kifayət qədər böyük gəlir götürürlər. Bu sahəni gəlirli etmək üçün məhsuldarlığı artırmaq lazımdır. Bunun üçün də müvafiq toxum sortu yetişdirilməli, bu sahənin texniki təminatı ödənməlidir. Hazırda bu sahəyə demək olar ki, diqqət yetirilmir. Ümumiyyətlə aqrar sahədə vəziyyət ürəkaçan deyil. Guya taxılçılığa üstünlük verirlər, amma əslində heç o da alınmır”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 186