Muəllif: Redaksiya
Fərid Məmmədov Eurovision 2013-ün finalına çıxıb
Azərbaycan İsveçin Malmö şəhərində “Malmö Arena”da bu gün baş tutan II yarımfinal mərhələsindən finala vəsiqə qazanıb. Bu gün 17 ölkə təmsilçisi arasında 4-cü olaraq səhnəyə çıxan Fərid Məmmədov öz çıxışı ilə həm zala toplaşmış 15 min izləyicini, həm də mətbuat mərkəzindəki yüzlərlə media mənsubunun diqqətini özünə cəlb edib. Çox maraqlı və yaddaqalan çıxışı ilə o, mayın 18-də keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.
Azərbaycan təmsilçisini səhnədə özünə bənzəyən rəqqas və qırmızı geyimdə rəqqasə müşayiət edib. Fərid ifası ilə yanaşı, həm də rəqsi və plastikası ilə yadda qalıb.
Müsabiqənin final mərhələsi mayın 18-də eyni məkanda olacaq. Azərbaycan 26 ölkə arasında qalibiyyət üçün çalışacaq.
Bölüm: Mədəniyyət
Oxunma sayı: 164