Muəllif:

Fəhlələrin əməkhaqqını ödəmədi, həbs edildi

Bir neçə gün əvvəl Goranboydakı etiraz aksiyalarının səbəbkarı qismində adı hallanan iş adamı Müqayis Verdiyev həbs edilib. Verdiyevə qarşı CM 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 179.3.2-ci (mənimsəmə) maddələri ilə ittiham irəli sürülərək barəsində məhkəmənin hökmü ilə həbs-qətimkan tədbiri seçilib (APA).

Goranboy İH-dən bildirilir ki, Goranboy şəhərində aparılan tikinti-quruculuq işlərində iştirak edən bir qrup fəhlə gördüyü işin müqabilində əmək haqqının verilmədiyi ilə bağlı rayon İcra Hakimiyyətinə müraciət edib: “Goranboy şəhərində tikinti-quraşdırma işləri tenderdə qalib gəlmiş «Fəqan-Xidmət» MMC tərəfindən aparılır. İşçilərin Rayon İcra Hakimiyyətinə müraciəti ilə əlaqədar «Fəqan-Xidmət» MMC-nin rəhbərliyi dəvət edilib, birgə araşdırma zamanı müəyyən olunub ki, digər 4 sahibkar briqadası ilə yanaşı, Müqayis Verdiyevin briqadasına da razılaşma yolu ilə iş verilib və bütün briqadalar tərəfindən görülmüş işlərin dəyəri MMC tərəfindən tam ödənilib. Lakin nədənsə digər briqadaların işçilərinə əməkhaqqı ödənildiyi halda, Verdiyev işçilərə çatası təxminən 24 min manat əmək haqqını ödəməyib. Ona görə də rayon İH-yəə müraciət etmiş işçilərə izah olunub ki, gördükləri işlərin dəyəri tam həcmdə M. Verdiyevə ödənilib, odur ki, əmək haqqı tələbi ilə bağlı ona müraciət etsinlər, müraciətləri təmin olunmasa, hüquq-mühafizə orqanlarına şikayət edə bilərlər”.

Məlumatda iddia edilir ki, Verdiyev rayonda sabitliyi pozmaq üçün müntəzəm olaraq ciddi səy göstərir. Yuxarıda qeyd edilən hadisə də bu cəhdlərin tərkib hissəsidir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 159