Muəllif: Redaksiya
Fariz Məmmədov: Ukrayna və Böyük Britaniyadakı döyüşlərə hazıram
Peşəkar bokçu Fariz Məmmədov WBO versiyası üzrə sentyabrın 21-də Ukraynanın Xarkov, oktyabrın 26-da isə Boyük Britaniyada keçirəcəyi döyüşün hazırlığını davam etdirir.
Trend-in məlumatına görə, hazırda Xarkov şəhərində təlim-məşq toplanışında olan F.Məmmədovun rəqiblərinin kimliyi yaxın günlərdə dəqiqləşəcək.
«Hazırda məşqləri yüksək səviyyədə davam etdirirəm. Düzdür, bugünlərdə məşqlərin birində əlimdən zədə almışdım, bu da məni narahat edirdi. İndi isə zədəm düzəlmək üzrədir. Çalışıram, zədələrdən qaçam» — deyə o, müxbirimizlə söhbətində bildirib.
O qeyd edib ki, hazırda rəqiblərinin seçiminin müəyyənləşməsi prosesi gedir: «Kiminlə döyüşəcəyimdən asılı olmayaraq, qarşıdakı görüşlərə hazıram və qələbəyə inanıram».
Bölüm: Idman
Oxunma sayı: 198