Muəllif: Redaksiya
Fariz Məmmədov sentyabrın 21-də döyüşə çıxır
Peşəkar boksçu Fariz Məmmədov sentyabrın 21-də döyüşə çıxır. Fariz Məmmədovun o gün Ukraynanın Xarkov şəhərində WBO versiyası üzrə reytinq xarakterli döyüşə çıxacaq. Oktyabrın 26-da isə onun Böyük Britaniyada daha bir reytinq görüşü gözlənilir.
Əməkdaşımızla söhbətində F.Məmmədov hazırda Ukraynada bu görüşə yüksək səviyyədə hazırlıq prosesi keçdiyini deyib.
O deyib ki, hazırda fiziki durumu yaxşı səviyyədədir: «Məqsədim qarşıdakı döyüşlərdə qalib gəlməkdir» (Trend). Məmmədovun rəqiblərinin kimliyi yaxın günlərdə açıqlanacaq.
Bölüm: Idman
Oxunma sayı: 179