Muəllif:

Fantaziya: «heroinli toyuq budu»…

Həbsxanalara narkotik keçirmək istəyənlərin fantaziyaları heyrətləndirməkdə davam edir. Bu dəfə
içərisində heroin yerləşdirilmiş toyuq budunun Qobustan həbsxanasına keçirilməsinin qarşısı alınıb. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilir ki, Qobustan həbsxanasında saxlanılan məhkum Nazim Qafur oğlu Feyzullayevin yanına görüşə gəlmiş qohumu Roman Musayeviç Hüseynovun üzərinə və gətirdiyi sovqata baxış keçirilən zaman toyuq budunun içərisində gizlədilmiş ümumi çəkisi 0,258 qram olan narkotik maddə — heroin aşkar edilərək götürülüb.

1975-ci il doğumlu Feyzullayev CM 120.2.4 (Qəsdən adam öldürmə; xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (Qəsdən adam öldürmə; təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum edilib…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 131