Muəllif:

Fahişəliyə dair yeni qanun söhbəti var

Fahişəliyə qarşı mübarizə ilə bağlı yeni qanun söhbəti var. Şəxsin cinsi toxunulmazlığı, cinsi azadlığı, eyni zamanda cinsi əxlaqsızlığa qarşı mübarizə və bunun törətdiyi fəsadların aradan qaldırılmasını tənzimləyən yeni qanun layihəsinin qəbul olunması gözlənilir. MM-dən bildirilib ki, layihə bir sıra QHT-lərin müraciəti əsasında bir qrup deputatın təşəbbüsü əsasında hazırlanaraq müzakirəyə çıxarıla bilər, deyə APA xəbər verir.

Layihəyə əsasən, yetkinlik yaşına çatmayanların və çatanların cinsi azadlığı, cinsi istismara və insan alverinə qarşı mübarizədə yeni profilaktik metodların tətbiq olunması, o cümlədən fahişəlik fəaliyyəti nəticəsində yayılan xəstəliklərin qarşısının alınması, buna qarşı mübarizə yeni standartlara uyğun formada tənzimlənəcək. Layihənin bu il müzakirəyə çıxarılması gözlənilir.

İndiyədək Azərbaycanda bu sahədə ayrıca qanun mövcud deyil, bu kimi əməllər baş verdikdə isə Cinayət və İnzibati Xətalar məcəllələri ilə yalnız məsuliyyət müəyyən olunur. Hazırda əxlaqsızlıq nəticəsində müəyyən xəstəliklərin yayılmasına səbəb olanlar yalnız Səhiyyə Nazirliyinin müvafiq tapşırıqları ilə müalicəyə göndərilir. Yeni layihədə digər qurumların da bu prosesə cəlb olunması nəzərdə tutulur.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 343