Muəllif:

Evindən yasaq olunmuş dini ədəbiyyat və …silah-sursat çıxıb

Dekabrın 11-də Sumqayıtda baş vermiş siyasi insidentlə bağlı saxlanılanların sayı 14 nəfərə çatıb. Həbs edilən sonuncu şəxs şəhər sakini Cəlal Mikayılovdur.  DİN-in mətbuat xidmətinin məlumatına görə,  onun mənzilinə baxış zamanı 1 ov tüfəngi, 1 qumbara, 48 ədəd avtomat patronu, qadağan olunmuş müxtəlif məzmunlu 70 ədəd dini ədəbiyyat, 12 disk, 1 ədəd disket və 3 ədəd dini əl yazmalar olan dəftər aşkar edilərək götürülüb.

Dekabrın 11-də Sumqayıtda “xəvarici” və «sələfi» dini cərəyanının nümayəndələri arasında silahlı münaqişə baş verib. Nəticədə yaralananlar olub. Saxlanılanlar CM-in 228.3-cü maddəsi (qanunsuz odlu silahın saxlanması, əldə edilməsi, gəzdirilməsi) ilə ittiham olunurlar.-16D-

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 181