Evindən heroin və saxta əskinaslar çıxdı
Son zamanlar polisin bir sıra epizodlarda saxta əckinaslar aşkarlaması vətəndaşları diqqətli olmağa məcbur edir. Yeni fakt:
Bakının Yasamal rayonunda vətəndaşlardan narkotik vasitələr və saxta əskinaslar aşkar edilərək götürülüb.
DİN saytına istinadən, Baş Cinayət-Axtarış İdarəsi və Yasamal polisinin əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri Səkinə Əliyevadan 0,253 qram, Yusif Həsənovdan 0,267 qram, Rüstəm Hüseynovdan 0,215 qram, Nizami Mahmudovdan isə 1,343 qram heroin götürülüb.
Əliyevanın yaşadığı evə baxış zamanı 21 ədəd 100 manatlıq, 2 ədəd 50 manatlıq, 10 ədəd 20 manatlıq, 5 ədəd 10 manatlıq, 8 ədəd 5 manatlıq, 1 ədəd 1 manatlıq saxta əskinazlar (cəmi 2491 manat) və 1 ədəd sürətçıxaran aparatı aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmaların davam etdirildiyi bildirilir.