Muəllif: İsmayıl Umudlu
Evindən 7 kq marixuana çıxdı
Gəncədə 300 qram narkotik vasitə olan marixuananı 300 ABŞ dollarına satmaq istəyən şəhər sakini saxlanılıb.
DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölməsi üzrə Regional Şöbənin rəis əvəzi, polis polkovnik-leytenantı Rəfail İsmayılovun təxminən bir ay ərzində davam edən əməliyyat axtarış tədbirləri nəticəsində şübhəli bilinən Gəncə şəhər sakini Arif Allahverdiyev (1965) 300 qram marixuananı 300 ABŞ dollarına satmaq istərkən tutulub. Onun yaşadığı mənzilə baxış keçirən zaman evindən daha 7 kiloqram marixuana aşkar edilərək götürülüb. Bu şəxsin boşandığı və tüfeyli həyat tərzi keçirdiyi deyilir (APA).
Bölüm: Kriminal
Oxunma sayı: 355