Muəllif: Redaksiya
Evində əxlaqsızlıq yuvası təşkil edibmiş
Şəmkir rayon sakini qadınları fahişəliyə cəlb etdiyinə və əxlaqsızlıq yuvası təşkil etdiyinə görə saxlanılıb.DİN mətbuat xidmətinə
istinadən, İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində paytaxtın Nizami rayonunda yaşayan Şəmkir sakini Pəri Miriyeva gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etdiyinə və mənzilində əxlaqsızlıq yuvası təşkil etdiyinə görə saxlanılıb.
Faktla bağlı cinayət işi açıldığı, araşdırma aparıldığı bildirilir.
Bölüm: Kriminal
Oxunma sayı: 161