Eurovision-2013-də Azərbaycanın çıxış nömrəsi — 4
Bu gün Eurovision-2013 müsabiqəsinə ev sahibi olan İsveçin Malmö şəhərində birinci və ikinci yarımfinallarda iştirak edəcək ölkələrin sıra nömrələri müəyyən edilib. Eurovision-un rəsmi saytına istinadən, Azərbaycanın təmsil edən Fərid Məmmədov mayın 16-da ikinci yarımfinalda 4 nömrə altında çıxış edəcək. Ondan əvvəl isə Latviya, San-Marino və Makedoniya təmsilçiləri çıxış edir. Azərbaycandan sonra isə Finlandiya, Malta, Bolqarıstan, İslandiya, Yunanıstan, İsrail, Ermənistan, Macarıstan, Norveç, Albaniya, Gürcüstan, İsveçrə və Rumıniya səhnəyə çıxir.
Builki püşkatmanın özəlliyi ondan ibarətdir ki, təmsilçilərin növbəliliyini müsabiqənin təşkilatçıları müəyyən edirdilər. Belə ki, təşkilatçılar eyni üslubda ifa olunan iki mahnının bir-birindən sonra düşməsinin qarşısını almaq istəyiblər.
Fərid Məmmədov “Hold Me” adlı mahnını ifa edəcək.