Muəllif:

Əsgər snayper gülləsi ilə vurulub

Azərbaycan Ordusu əsgərinin snayperdən açılan atəş nəticəsində şəhid olduğu təsdiqlənib. Şirvan şəhər Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış, Beyləqan rayonu N saylı hərbi hissənin əsgəri Əli İlham oğlu Əbilovun (1994) martın 10-da qoşunların təmas xəttində düşmən snayperindən açılan atəş nəticəsində başından aldığı güllədən şəhid olduğunu əsgərin qohumları demişlər.

MN mətbuat xidməti də əsgərin şəhid olması haqqında məlumat yayıb. Bildirilir ki, martın 10-da qoşunların təmas xəttinin Füzuli rayonu istiqamətində N saylı hərbi hissənin əsgəri 1994-cü il təvəllüdlü Əbilov Əli İlham oğlu atəşkəsin pozulması nəticəsində şəhid olub.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 168