“Əsgər atası” Bakıya gəlir: Film sanki yenicə çəkilib
Mayın 24-25-də Bakıda görkəmli gürcü rejissoru Rezo Çxeidzenin çəkdiyi məşhur “Əsgər atası” filminin rəngli variantda nümayişi olacaq (ssenari — Suliko Jqenti). Bu barədə prodüsser İnesa Avaliani məlumat verərək bildirib ki, tədbir Azərbaycanın Gürcüstan səfirliyi və ARDNŞ-in təşəbbüsü və təşkilatçılığı ilə həyata keçiriləcək: “”Əsgər atası” filminin Hollivudda böyük ekranda rəngli variantı işlənərək hazırlanıb. Film sanki yenicə çəkilib. Biz filmə böyük ekranda baxdıq və onun rəngli variantının yüksək keyfiyyətlə alınmasına çox sevindik” (APA).
Prodüsser əlavə edib ki, filmin Bakıda nümayişi Gürcüstanın Müstəqillik Gününə təsadüf edəcək: “Biz filmin yeni variantda təqdimatını ölkəmizin müstəqillik gününə həsr edəcəyik. Bizimlə birlikdə yaradıcı heyət də Bakıya gedir”.