Muəllif:

Ərzaq bazarı: idxal məhsulları üstün yer tutur

Dekabrda 2011-ci ildə də olduğu kimi, həm paytaxtda, həm də əyalətlərdə ərzaq məhsullarının qiymətləri xeyli artıb (orta hesabla 0,2%). Turan-ın məlumatına istinadən, tərəvəzdən (kartof istisna olmaqla), bəzi alma və sitrus meyvələrindən, toyuq və təzə balıqdan başqa, demək olar ki, bütün digər məhsullar idxaldır.
Yeni il ərəfəsində tortlar (1 kq 12-20 dollar) və çeşidlərin geniş olmasına baxmayaraq, spirtli içkilər belə bahalaşıb. Ət və ət-süd məhsullarının, həmçinin tərəvəz, balıq və çörək-un məmulatlarının qiymətləri də sabit qalıb.
Ekspertlərin fikrincə, bu sabitlik noyabrda “inflyasiya planının artıqlaması ilə dolması” ilə bağlıdır, həmin vaxt bütün ölkə üzrə ərzaq məhsullarının qiymətində orta artış 2,7% təşkil edib (İqtisadi Araşdırmalar Mərkəzinin məlumatı).
Dekabrın son günlərində bəzi “idxal” və yerli “elit” məhsulların (nərə balığı, qara kürü) qiymətlərində bir qədər artış qeydə alınıb. Belə ki, meyvələr və meyvə quruları 12%, balıq isə 10% bahalaşıb. Bayramdan dərhal sonra onların qiyməti sabitləşib, bəzi növ məhsullarda isə qiymətlərin azalması müşahidə olunur. Ən çox kələm – 20%, çuğundur, kök və hətta banan və ananas – 10% ucuzlaşıb.
Əvvəllər iqtisadçılar inhisarçılıqdan bəhs edir və hökumətin istehlak bazarı üzərində nəzarətinin zəif olduğunu deyidilərsə, indi inhisarı yüksək vəzifəli məmurların total nəzarəti müşaiyət edir. Adətən bayram günlərində alıcılıq qabiliyyətində sıçrayış müşahidə olunur ki, bu da bir qrup işbazların qiymətləri qaldırmasına gətirib çıxarır. Lakin bu il istisna oldu. Mağaza sahiblərinin və bazar satıcılarının fikrincə, alıcılıq qabiliyyəti bir qədər artıb, bu zaman vergi orqanları, yerli məmurlar tərəfindən alınan qeyri-qanuni vergilər də artıb. Buna keyfiyyət standartlarının yoxlanması üzrə kütləvi reydlər də əlavə edilib. Lakin müddəti keçmiş və “qanunsuz” məhsulların ticarəti bu yoxlamaların effektivliyinin göstəricisidir.
Mütəxəssislərin fikrincə, Novruza qədər (20-21 mart) qiymətlər əsasən (fors-major nəzərə alınmadan) sabit yüksək olaraq qalacaq.
Bakıda mal ətinin bir kilosu orta hesabla 11 dollar, qoyun əti 12,5-13 dollar, toyuq əti 3,5-5 dollar, toyuq içalatı 3-3,5 dollar, təzə balıq növündən və ölçüsündən asılı olaraq 4-9 dollardır (ağ balıq və nərə — 35-60 dollar).
Piştaxtalarda 75% kərə yağı 4,5-6 dollar, təbii kərə yağı isə 10-15 dollar, kənd yağları orta hesabla 10 dollar təşkil edir.
Yerli bitki yağı 3 dollar, idxal bitki yağı 4-4,5 dollar, xama 4-5 dollardır.
Un məmulatlarında qiymətlər daha dağınıqdır (makaron və vermişel çeşidləri) – Türkiyə məhsulları 1,6 dollar, yerli, İran və Rusiya məhsulları 2-2,5 dollar, İtaliya və digər qərb məhsulları 3-4 dollar, birinci növ unun qiyməti 0,55 dollar təşkil edir.
10 ədəd toyuq yumurtası 1,3-1,5 dollar, süd və qatıq təxminən eyni qiymətə, yerli pendir 4-6,5 dollar, idxal pendir təxminən 9 dollar, yerli peçenye 2,6-3, idxal peçenye 3,5-5 dollardır.
Dənli bitkilər Yeni İldən xeyli əvvəl bahalaşıb – qarabaşaq istesalından asılı olaraq 2-3 dollar, manna yarması və mərcimək bundan bir qədər ucuz, düyü təchizatçısından və məşhurluğundan asılı olaraq 1,5-7 dollardır.
Rusiya, Belarus, İran, Türkiyə və Pakistan kartofları yerli məhsul adı altında 0,65-1,1 dollara, şalğam 0,5-0,8 dollar, pomidor və xiyar (parnik) müvafiq olaraq 2,5 və 1,5 dollardır. Almaların qiyməti 0,7-3,5 dollar, kələm 0,4-0,7 dollar, göyərti dəstəsi 0,2-0,4 dollardır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 897