Ermənistandan mühacirət: informasiyanı «qapalı» etmək qərara alınıb
Ermənistandan mühacirət barədə informasiya innən belə 3 aydan bir açıqlanacaq, deyə «Aykakan jamanak» nəşri yazır. Sərhədi keçən vətəndaşlara dair statistikanın belə bir zaman kəsimində (rüblük) təqdim olunacağı barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Qagik Yeqanyan məlumat verib.
«Belə ki, Ermənistandan gedənlər və gələnlərin sayı barədə statistika hər ay verilməyəcək. Bu qərar heç də gözlənilməz deyil. Məsələ burasındadır ki, bu sözügedən statistika əhalinin miqrasiyasının miqyası və tendensiyası haqqında təsəvvür yarada bilir. Miqrasiya get-hedə böyük miqyas aldığından, ölkəni tərk edənlərin sayı barədə informasiya dərcinin tezliyini azaltmaqla, bu informasiyanı maksimum «qapalı» etmək qərara alınmışdır. Bunun üçün başqa heç bir səbəb yoxdur. Bu qərardan çıxış etməklə, mühacirətin nə kimi bir miqyas aldığını təsəvvür etmək çətin deyildir», delə «Aykakan jamanak» vurğulayır.

