Muəllif:

Ermənistandan köç: Hesabatda nikbin göstəricilər yoxdur

Ermənistan əhalisinin üçdə biri ölkəni tərk etmək istəyir. Hazırlanan hesabatda ölkədən köçün fəlakətli miqyas aldığı təsdiqlənib. Bu ölkədən köç fəlakətli miqyas alıb və ölkəni iqtisadi yüksəlişə impuls verəcək intellektual ehtiyatdan məhrum edir. APA-nın “Lragir.am” saytına istinadən verdiyi məlumata görə, bu barədə ölkədə keçirilən sorğu əsasında hazırlanan “Ermənistan əhalisinin azalması” adlı hesabatda deyilir.

Hesabatda nikbin göstəricilər yoxdur. Gənclər arasında miqrasiya iş həyatında yüksəlmə imkanlarının kasadlığı, eləcə də demokratiya və insan haqlarının qorunduğu, yaxşı idarəetmənin mövcud olduğu cəmiyyətlərdə yaşamaq istəyindən irəli gəlir. Rəyi soruşulanların təxminən üçdə biri yaxın 2 ildə ölkəni tərk etmək niyyətindədir. Bunun əsas səbəbləri ölkədəki biznesin mərkəzləşdirilməsi və inhisarçılıq, məhkəmə sistemi və təhsil sahəsində problemlərlə əlaqədardır. Belə ki, ölkədə biznesə dövlət idarəçiliyində bilavasitə iştirak edən qruplar tərəfindən nəzarət olunur. Bu da gəlirlərin qeyri-bərabər paylanmasına gətirib çıxarır.

Ermənistanın əmək və sosial məsələlər nazirinin müavini Araik Petrosyan ölkədə yoxsulluğun fəlakət səviyyədə olduğunu etiraf edib – 35%. O, işsizliyin yüksək səviyyədə olmasını, səhiyyə, regional inkişaf sahələrində problemləri də inkar etməyib. Nazir müavini əhalinin artım səviyyəsinin yüksək olmadığını da söyləyib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 140