Muəllif:

Ermənistanda bu «sağlam düşüncə» deyilən şey yoxdursa…

Türkiyə-Ermənistan sərhədində Türkiyə vətəndaşının ıldürülməsi ilə nəticələnən insident göstərir ki, Ermənistana qonşu ölkələrlə münasibətdə və Güney Qafqazda sabitliyin bərqərar olması üçün sağlam düşüncə lazımdır. Bunun anlamı belədir ki, Ermənistanda bu «sağlam düşüncə» deyilən şey yoxdur. Yəni insan və dövlət üşün belə bir vacib keyfiyyətdən məhrum olanlardan…

Sadə bi ailənin övladı imiş Mustafa Ülkər. Əlində qırmancla heyvanların ağzını qaytarmaq istəyib. Bu tərəfdə artıq necənci dəfədir erməni sərhədçilər türk köylülərin sərhədə yaxşn yerdə otlayan heyvanlarını oğurlayıb və geri qaytarmayıblar.

Türkiyə XİN rəsmi saytında yerləşdirilmiş məlumatda bəyan edib ki, itmiş heyvanı axtararkən Ermənistan sərhədini təsadüfən keçmiş türkiyəli çobanın Ermənistan hərbçiləri tərəfindən öldürülməsini pisləyir:
«Sərhədi təsadüfən keçdiyinə görə günahsız Türkiyə vətəndaşının ölümü yolverilməzdir və bununla əlaqədar zəruri diplomatik tədbirlər görüləcək».
Bu hadisə iyulun 31-də olub. Çoban Mustafa Ülkər Ermənistan SQ-nin hərbçiləri tərəfindən yaralanıb və o, aldığı yaralardan keçinib. Çoban itmiş heyvanı axtararkən təsadüfən Ermənistan sərhədini keçib və erməni hərbçiləri ona atəş açıblar. Daha sonra çoban saxlanılıb. Qars vilayətinin Akkaya rayon administrasiyasının rəhbəri Osman Uğurlu bildirib ki, Türkiyə sərhəd batalyonu komandirinin Ermənistan tərəfi ilə apardığı danışıqlar nəticəsində Ülkərin meyiti Türkiyəyə təhvil verilib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 187