Muəllif:

Ermənistan Qarabağın sərvətlərini talayır, Bakı səsini çıxarmır

Ermənistan Dağlıq Qarabağda yeni iki filiz yatağını istismara verməyə hazırlaşır.
Bu barədə APA Qarabağda yayımlanan «Azat Artsax» qəzetinə istinadən məlumat verib. Ağdərənin Canyataq və Xocalı rayonunun Pircamal (uydurma adı — Vardadzor) kəndi ərazisindəki yatağında hazırlıq işləri yekunlaşmaq üzrədir. Hər iki mədənlərin istismara açılması üçün hazırlıq işlərinə ötən ilin sonlarında başlanıb. Yeni yataqların açılması hazırda ermənilərin istismar işləri apardıqları Kəlbəcərin Heyvalı (uydurma adı — Drombon) yatağının ehtiyatlarının tükənməsidir. Ermənilərin fikrincə, yeni yataqların istifadəyə verilməsi ətraf kəndlərdən insanların iş dalınca başqa ölkələrə getməsinin qarşısını alacaq.

Yataqları istismar edən Ermənistanın «Base Metal» şirkəti 2012-ci ildə Qarabağda mədən sənayesinə 85 milyon dollar sərmayə yatırıb.

Qeyd edək ki, Ermənistan Dağlıq Qarabağda filiz yataqlarının, xüsusilə də qızıl yataqlarının istismarına 2002-ci ildə başlayıblar.Ermənistan Qarabağı çapıb-talayır, bütün bu illər ərzində Bakı səsini çıxarmır…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 130