Muəllif:

Ermənistan MN: Azərbaycan sərhədə hərbi texnika cəmləşdirib

Azərbaycan sərhədin bəzi sahələrinə hərbi texnika və xüsusi bölmələrin qruplarını cəmləşdirib — bu barədə PanARMENIAN.Net müxbirinə Ermənistan MN mətbuat katibi Arsrun Ovannisyan bildirmişdir. Ovannisyan iddia edib ki, «atışmalar haqqında martın 25-26-da verilmiş yalan açıqlamalardan sonra Azərbaycan tərəf kəskin şəkildə fəallaşmış və hazırda Ermənistan-Azərbaycan sərhədinin bəzi sahələrində hərbi texnika və xüsusi bölmələrin qruplarının cəmləşdiyi görülmüşdür, — və əlavə edib:
— Müdafiə Nazirliyi sərhəddə hər hansı hərəkəti müşahidə edir və zərurət olduqda mümkün fitnəkarlıqların neytrallaşdırılması üçün lazımi tədbirlər görəcək».

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 222