Muəllif:

Ermənistan Gürcüstana zəhərli kartof ixrac edirmiş…

Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti Ermənistanı ölkəyə zəhərli kartof ixrac etməkdə ittiham edib. Bu barədə cümə axşamı Gəlirlər Xidmətinin yaydığı bəyanatda deyilir. Bəyanatda bildirildiyinə görə, laboratoriya araşdırmaları təsdiq edir ki, zəhərli kartof Gürcüstana məhz Ermənistandan gətirilib. Məlumata görə, zəhərli kartof yükü «Sadaxlı», «Qequti» və «Ninotsminda» gömrük-buraxılış məntəqələrində aşkar edilib: «Qeyd edirik ki, bu buraxılış məntəqələrindən digər ölkələrdən kartof ixacı həyata keçirilmirdi. Buna görə də Ermənistan tərəfinin zəhərli kartof yükü ixrac etmədiyinə dair bəyanatı həqiqətəuyğun deyil».
Qeyd edək ki, noyabrın əvvəlində Gürcüstan tərəfi 50 ton kartofu Ermənistan qaytarmışdı. Buna səbəb həmin məhsulun tərkibində «kartof xərçəngi»nin aşkar edilməsi olmuşdu.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 159