Muəllif:

Ermənistan daha iki qızıl yatağımızı istismara başlayır

Yayda Ermənistan işğal altındakı Azərbaycan ərazilərində yerləşən iki qızıl yatağında geoloji kəşfiyyat işlərinə başlamağı planlaşdırır. Ermənistan mediasına istinadən, Ağdərə ərazisində yerləşən bu yataqların perspektivli olduğu güman edilir və kəşfiyyatın nəticələrinə müvafiq olaraq onların istismar edilməsi barədə qərar qəbul olunacaq.

APA-nın məlumata görə, ermənilər 2015-ci ilədək Ağdərə ərazisində iki qızıl yatağında istismara başlamağı planlaşdırırlar. Ermənistanın «Base Metal» firması tərəfindən təsdiq edilmiş plana əsasən, yay aylarında bu yataqların istismara açılması üçün zəruri infrastruktur yaratmağa start veriləcək.

Qeyd edək ki, ermənilər işğal dövründə istismar olunan Kəlbəcər rayonunun ərazisindəki Heyvalı yatağında ehtiyatların tükəndiyini açıqlayıblar.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 100