Muəllif:

Ermənilərə MİLAN komleksini yunanlar satıb?

Ermənistan əldə etdiyi MILAN tank əleyhinə idarə olunan raket komplekslərini Yunanıstandan alıb. Azərbaycan tərəfinin apardığı araşdırmalar zamanı bəlli olub ki, Ermənistan son 2 ildə Yunanıstandan və Kiprdən (Yunan Kipri) tank əleyhinə komplekslər və xeyli sayda pulemyot və biratımlı qumbaraatan alıb. Ümumilikdə Ermənistanın Yunanıstandan 20-dən artıq MILAN kompleksi əldə etməsinə dair məlumatlar var. Komplekslərin Yunanıstan Silahlı Qüvvələrinin arsenalından satıldığı güman edilir.

Maraqlıdır ki, bizim ölkə ilə normal iqtisadi, mədəni və siyası münasibətlər qurmaq istəyən Yunanıstan (və ya Güney Kipr) əl altından bizim düşmənimizə və bizə qarşı silahlar satıb… Bu, artıq ciddi siyasi məsələdir və yəqin ki, rəsmi Bakı bundan nəticə çıxaracaq.

Azərbaycan tərəfi Ermənistanda ortaya çıxan MILAN kompleksləri ilə bağlı məsələyə aydınlıq gətirilməsi üçün bu silahların istehsalçısı olan Fransa və Almaniyaya etiraz bildirib və aydınlıq gətirilməsini tələb edib. Məlumat üçün bildirək ki, hər iki dövlət Azərbaycan və Ermənistan arasında münaqişəni əsas götürərək adıçəkilən dövlətlərə silah və hərbi texnika satışına embarqo qoyduqlarını bəyan edirlər.

Xatırladaq ki, iyulun 1-də APA ermənilərə məxsus “Razm.info” hərbi saytının yaydığı fotolara istinad edərək Ermənistan ordusunun MILAN tank əleyhinə idarə olunan raket kompleksi əldə etdiyinə dair məlumat yayıb.

MILAN (Missile d´Infanterie Léger Antichar) yüngül çəkili tank əleyhinə raketlər Fransa-Almaniya birgə istehsalıdır. Dünyada ən geniş yayılan tank əleyhinə raketlərdən olan MİLAN 1962-ci ildən istehsal olunur və raketin effektiv mənzili 75-2000 metr arasıdır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 119