Muəllif:

Ermənilərdən ATƏT missiyasına: rədd olun, bir də bura gəlməyin!

İrəvanın mərkəzi küçələrindən birində ATƏT Demoktarik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasının ofisi qarşısında aksiya keçirilib. Aksiya iştirakçıları ilə polis arasında toqquşma baş verib. «Novosti-Armeniya»nın xəbərinə görə, aksiya iştirakçıları prezident seçkiləri üzrə ATƏT/DTİHB müşahidə missiyasının prezident seçkilərinə dair müsbət rəyinə etiraz edirlər. Rəydə iddia edilib ki, seçkilər beynəlxalq normalara uyğun keçirilib və qeydə alınan pozuntular seçkinin nəticələrinə təsir etmir.

Toqquşma polisin ərazini boşaltmaq tələbindən, aksiya iştirakçılarının isə bu tələbə məhəl qoymadığından sonra baş verib. Polis əməkdaşları adamları binadan 100-200 m uzaqlaşdıra bilmişdir. Aksiyaçılar müşahidəçilərdən Ermənistanı dərhal tərk etməyi və bir daha buralara qayıtmamağı tələb edirlər. Deyilir ki,»onların ölkədə olmaları seçkiləri saxtalaşdırmağa yardım edir». Aksiyaçılar öz tələblərinin yazıldığı məktubu təqdim etmək, eləcə də seçkilərlə bağlı müşahidəçilərin qiyməti ilə razılaşmadıqlarını ifadə etmək niyyətində olduqlarını bildiriblər.

Gənclər polisin onlara mane olduğunu gördükdə avropalı müşahidəçilərin mətbuat konfransı keçirdikləri «Armeniya-Mariott» hotelinin zalına soxulublar. Onlar müşahidəçilərdən nəticələrini saxta hesab etdikləri seçkiləri tanımamağı tələb ediblər. Bu halı gözləməyən və özlərini itirən müşahidəçilər mətbuat konfransını yarımçıq saxlayıblar, yarım saatdan sonra onu yenidən bərpa ediblər. Avropalı müşahidəçilər aksiyaçılardan öz tələblərini ingiliscə ifadə etməyi xahiş ediblər.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 125