Muəllif:

Ermənilər Tbilisidə fitnəkar toplantı təşkil edəcəklər

Tbilisidə aprelin 17-də gündüz saat 13.00-da «Ambasador» hotelində «Hayos-Kartlosdan günümüzədək» adı altında ermənilər yeni bir fitnəkar məqsədli konfrans keçirməyə hazırlaşırlar. Təşkilatçılar — İkinci İrakli Cəmiyyəti və Tbilisi Erməniləri Assamleyasıdır, deyə erməni xəbər qaynaqları məlumat yayıblar.

Deyildiyinə görə, konfransda «gürcü-erməni münasibətləri, bəzi tarixçilər tərəfindən tarixi saxtalaşdırmaq cəhdləri və bu saxtakarlıqların müəyyən siyasətçilər tərəfindən tirajlanması» gözdən keçiriləcəkdir. Konfransda «Osmanlı Türkiyəsində ermənilərin soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad ediləcəyi» proseduru da olacaq, İkinci İrakli Cəmiyyəti və Tbilisi Erməniləri Assamleyası isə bir daha hökuməti «erməni xalqının soyqırımını» tanımağa çağıracaqlar.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 112