Muəllif:

Erməni separatçısının həbsxanadan buraxılması prezidenti qızdırdı

“Gürcüstan dövlətçiliyi məhvə doğru gedirsə, susmaq niyyətində deyiləm”. APA-nın məlumatına görə, bu sözləri Gürcüstan prezidenti Suxumi Dövlət Universitetinin müəllim və tələbələri qarşısında çıxış edərkən söyləyib. O, ölkədə baş verən son hadisələrə münasibətini də bildirib:
“Son hadisələrə nəzər salmaq istəyirəm. Bildiyiniz kimi, həbsxanadan çox təhlükəli cinayətkar olan Çaxalyan azad edilib. Bizə hücumlar olub ki, bəs, əgər o, dövlət üçün təhlükəli cinayətkar idisə, nə üçün onu separatçı kimi mühakimə etmədiniz?”.
Gürcüstan prezidenti bildirib ki, erməni fəalı Vahan Çaxalyan daha 5 il həbsxanada yatsaydı və sonra azadlığa çıxsaydı, onun Gürcüstan üçün heç bir təhlükəsi olmazdı. “Lakin biz bir nəfəri həbsxanaya salmaqla problemləri həll edə bilmərik. Amma biz Cavaxetidə bir sıra vacib problemləri həll etdik”.
Saakaşvili Cavaxeti bölgəsi üçün çox işlər gördüklərini, ən başlıcası, yeni yol çəkərək bu regionu Batumi ilə və ölkənin digər şəhərləri ilə birləşdirdiklərini bildirib. “Bu illər ərzində biz bu regionda Gürcüstan dövlətini qurduq. “Qızılgül” inqilabından əvvəl bu regiona bir polis də daxil ola bilmirdi. Mənə 2 il lazım oldu ki, burada qayda-qanun yaradım. Biz yol çəkərək regionu Batumi ilə, Yerevanla, Tiflislə birləşdirdik. Hətta indi Gürcüstanı Avropa ilə birləşdirən bu regiondan keçəcək beynəlxalq dəmiryolu da tikilir. Məhz buna görə də mən çox çətinliklə qurduğumuz Gürcüstan dövlətçiliyini uçuranlara qarşı səsimi ucaldıram”, deyə prezident bildirib.

“Fevralın 3-də Gürcüstan heyəti danışıqlar üçün Rusiyaya yola düşməyə hazırlaşır. Artıq Gürcüstan heyətinin viza sənədləri də hazırdır”. Bu barədə Gürcüstan Milli Şərab Agentliyinin sədri Levan Davitaşvili məlumat verib. Onun sözlərinə görə, viza almaq barədə problem olmayıb, sadəcə texniki məsələlər həll edilib.
Davitaşvilinin məlumatına görə, İsveçin Gürcüstandakı səfirliyinin nəzdindəki Rusiya Federasiyası sektorunda vizalar artıq hazırdır: “7 nəfərdən ibarət nümayəndə heyəti fevralın 3-də Rusiyaya yola düşəcək və biz ertəsi gün Rusiyanın baş sanitar həkimi, “Rospotrebnadzor”un rəhbəri Gennadi Onişenko ilə görüşəcəyik”.
Levan Davitaşvili qeyd edib ki, bu ilk görüşdür və bu tədbirdə texniki məsələlər müzakirə olunacaq: “Bu məsələdən başqa konkret olaraq heç nə müzakirə edilməyəcək”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 163