Muəllif:

Erməni separatçıları: Təhlükəsizlik tam təmin olunmayana qədər Xocalı aeroportu…

Dağlıq Qarabağ separatçıları təhlükəsizlik tam təmin olunmayana qədər Xocalı aeroportunu açmayacaqlarını bəyan ediblər.
Separatçı rejimin “xarici işlər naziri” Karen Mirzoyan Ermənistan mətbuatına bildirib ki, Xocalı aeroportunun fəaliyyəti yalnız uçuşların texniki təhlükəsizliyinə tam qarantiya verildikdən bərpa olunacaq.

Mirzoyan aeroportun nə zaman açılacağına dair konkret tarix açıqlamayıb: “Konkret tarix deyə bilməyəcəyəm. Aeroportun bərpası məsələsi ötən ilin sonunda final mərhələsinə daxil olub. Məqsədimiz texnogen təhlükələrdən mümkün olan qədər qaçmaqdır. Hesab edirik ki, aeroport sərnişinlərin maksimal təhlükəsizliyini təmin etməlidir. Bütün şərtlər təmin olunduqdan sonra aeroportun normal fəaliyyəti bərpa olunacaq”.

Mirzoyanın vurğuladığı «təhlükə» isə realdır, orada bunun fərqindədirlər, bu təhlükə hər an bütün dəhşəti ilə özünü bizim torpaqlarda bizim əsəblərimizlə oynayanların başında çatlaya bilər. Bir az ağıllı olsalar yaxşıdır…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 130