Muəllif:

Erməni puluna satılmış AB deputatları sərhədimizi pozdular

Erməni puluna satılmış AB deputatları sərhədimizi pozdular. Bu fitnəkar səfərdə iştirak edənlər tanış subyektlərdir. Onlar Avstriya, Kiprin rum qismi və Fransa parlamentində yer alırlar və ermənilərə pullu xidmətləri ilə məşhurdurlar.

AB-Ermənistan parlamentlərarası dostluq qrupunun üzvləri, Avropa Parlamentinin təmsilçiləri Evard Stadler (Avstriya), Kiriakos Triantafilides, Eleni Teoxarus (Kiprin rum qismi — Güney Kipr), Fransa parlamentinin üzvləri Valeri Buaye və Qi Tessye, belçikalı professor Bernar Kuli Azərbaycanın erməni işğalı altında olan torpaqlarına qanunsuz ayaq basıblar və bununla da siyasi tərbiyəsizliyə yol veriblər. Onların yaxası polisin əlinə keçsəydi, brmaqlıq arxasına düşəcəkləri şəksiz idi.

Eleni Teoxarusun rəhbərlik etdiyi bu heyət Xankəndində separatçı güruhun rəhbərliyi ilə görüşüblər. Bu həmin Eleni Teoxarusdur ki, 1988-ci ildən erməni terror dəstələrinin cinayətlərinin aktiv dönəmində Dağlıq Qarabağda könüllü həkim-cərrah kimi çalışıb, terrorçulara tibbi xidmət göstərib. İşğal altında olan ərazilərə qanunsuz səfər edən Fransa parlamentinin üzvü Valeri Buaye isə parlamentə təqdim olunmuş qondarma erməni soyqırımını inkara görə cinayət məsuliyyəti nəzərdə tutan
uğursuz və biabırçı qanun layihəsinin müəllifi kimi «şöhrət» qazanıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 174