Muəllif: Redaksiya
Erməni keşişini tutub harasa aparıblar
Tehranın mərkəzində yerləşən erməni kilsəsinin keşişlərindən biri həbs edilib.
İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları Robert Asuriyanı mayın 20-da Tehran şəhərində saxlayaraq naməlum istiqamətə aparıblar. Hazırda onun harada saxlanıldığı və nədə ittiham edildiyi məlum deyil.
Bundan başqa, ETTELAAT tərəfindən kilsədə hansısa mərasimin keçirilməsinə qadağa qoyulduğu bildirilir. Kim bilir, görəsən, bu keşiş şeytana satılaraq nə kimi fitnə-fəsadın içərisində imiş.
Bölüm: Dünya
Oxunma sayı: 116