Muəllif:

Erməni katolikosu Ümumdünya Kilsələr Şurasının sədri seçilib

Bütün ermənilərin katolikosu II Qaregin Ümumdünya Kilsələr Şurasının (ÜKŞ) sədri seçilib. Bu barədə Eçmiadzinin mətbuat xidməti məlumat yayıb. Ötən gün Cənubi Koreyanın Pusan şəhərində keçirilən ÜKS assambleyasının 10-cu iclasında Qaregin yekdilliklə 8 il müddətinə bu beynəlxalq qurumun rəhbəri seçilib. ÜKS Rəyasət Heyətinə 8 nəfər daxildir. ÜKS-nin missiyasına kilsələrarası və ekumenik münasibətlərin təşviqi, insan hüquqlarının müdafiəsi, ədalət və sülhün bərqərarı daxildir.
ÜKS 1948-ci ildə təsis edilib. Quruma dünyanın 100-dən çox ölkəsindən 350 xristian kilsəsi daxildir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 116