Muəllif: Redaksiya
«Erməni gücü» dəstəsinin üzvünü 100 il həbs cəzası gözləyir
Birləşmiş Ştatlarda «Erməni gücü» cinayətkar qruplaşmasının iştirakçılarından biri — Karo Yerkanyanın vəkili Kaliforniya federal məhkəməsindən müdafiə etdiyi şəxs üçün 8 il həbs cəzası istəyib. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.
Qeyd edək ki, Yerkanyan 100 il həbs cəzasına məhkum edilə bilər.
ABŞ hüquq-mühafizə orqanlarının məlumatına görə, «Erməni gücü» qruplaşması 1980-ci illərdə Los-Ancelesdə yaradılıb. Qruplaşmaya əsasən Ermənistandan və keçmiş SSRİ-nin başqa respublikalarından gəlmə ermənilər daxil edilirdi. Təxmini hesablamalara görə, dəstə çoxsaylı köməkçilər nəzərə alınmadan 250 iştirakçıdan ibarət idi.
Bölüm: Kriminal
Oxunma sayı: 123