Muəllif:

Erkən nikahların sayı azalıb

Erkən yaşda nikahların bağlanması halları azalıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva jurnalistlərə bildirib ki, 2011-ci ildə 4000-ə yaxın erkən nikah qeydə alınıbsa, 2012-ci ildə bu göstərici təxminən 3000 olub.
Bu statistikanın hissedilən səviyyədə dəyişildiyini deyən Sofiyeva qeyd edib ki, son 5 ilin statistik göstəriciləri məişət zorakılığı hallarının sayının azaldığından xəbər verir.
Komitə rəsmisi hesab edir ki, bu yaxınlarda «Məişət zorakılığı haqqında» qanunun qəbul edilməsi bu problemin həllinə kömək edir.
Sofiyeva qeyd edib ki, araşdırmalar məişət zorakılığı hallarının şəhərlərdə, yaxud kəndlərdə daha çox qeydə alınması lə bağlı xüsusi fərqlərin olmadığını göstərir: «Araşdırmalar onu göstərmir ki, bu məsələ ilə bağlı şəhər, yaxud kəndlərdə hansısa bir fərq var. Məişət zorakılığı yalnız Azərbaycanı deyil, bütün dünyanı narahat edən problemdir. Təəssüflər olsun ki, bütün dünyada zorakılıqla bağlı halların artımı baş verir».

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 162