Erik Ramos da Neftçidən ayrıldı
Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək Neftçi aparıcı futbolçularını bir-bir itirir. “Ağ-qaralar”ın ötən yay transfert etdiyi legionerlərdən daha biri – paraqvaylı yarımmüdafiəçi Erik Ramos da komandadan ayrılıb.
Apasport.az saytının məlumatına görə, 26 yaşlı legionerin klubla bağladığı 1 illik müqavilənin müddəti bitdiyindən, sərbəstdir. Komandanın əsas heyətinin daimi üzvü olan Ramos yeni anlaşma ilə daha yaxşı maliyyə şərtlərini istəyərək, bunun qarşılığında imza atmağa razıdır.
Neftçinin bunu gerçəkləşdirməməyi ilə Erik başqa təklifləri dəyərləndirməyi daha məqsədəuyğun sayıb. Bununla da çempion APOEL-ə gedən Syerra-Leone yığmasının yarımmüdafiəçisi Julius Vobay, digər kluba keçidi gündəmdə olan çilili hücumçusu Nikolas Kanalesin ardında Ramosu da saxlaya bilməyib.
Qeyd edək ki, millisində 5 oyun keçirən Erik qızıl medalçısı olduğu çempionatımızda 31 matçda 1 qol vurub.