Muəllif:

Əri xaricdə olan qadına məşuqu işgəncə verib

Aprelin 4-də Sabunçu rayonunda Ramin Mehdiyev 20 yaşlı məşuqəsi Əfşan Əhmədovaya dəhşətli işgəncə verib. İşgəncə nəticəsində tanınmaz hala salınan Əfşan 3 saylı Klinik Xəstəxanaya çatdırılıb və həkimlərin səyi nəticəsində həyatı xilas edilib. Dəhşətli hadisə Əfşan Əhmədovanın yaşadığı mənzildə törədilib.
Əri xaricdə olan Əfşan Əhmədova paytaxtda fəhləliklə məşğul olan Raminlə görüşürmüş. Hadisə baş verən vaxt Əfşanla Ramin Mehdiyevin arasinda mübahisə yaranıb. Ramin Meydiyev bıçaqla Əfşanın sifətinə silinməz kəsiklər atıb, kürəyindən, budundan, boğazının ön hissəsindən ümumilikdə 11 bıçaq xəsarəti yetirib. Qadın xəstəxanada izi itirmək məqsədilə özü-özünə xəsarət yetirdiyini desə də, onun yalan danışdığı üzə çıxıb.
Istintaq araşdırması zamanı hadisənin Ramin Mehdiyevin törətməsi müəyyən edilib, o, həbs edilib. Ramin Mehdiyev CM 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilib. Hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə 11 il 6 ay cəza təyin edilib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 231