Muəllif:

«Ergenekon»da sonuncu məhkəmə — avqustun 5-də

Dünyanın diqqət mərkəzində olan və türk toplumunu iki yerə bölmüş, ictimai münasibətlərdə təlatüm yaratmış mübahisəli «Ergenekon» işi üzrə məhkəmənin son iclası avqustun 5-də olacaq. Bu sonuncu iclasın qapalı keçiriləcəyi bildirilmişdir.

İstanbul valisi Hüseyn Avni Mutlu deyib ki, avqustun 5-də məhkəmə binası qarşısında istənilən toplantı qanunsuz hesab ediləcək. Məhkəmə zalına tamaşaçılar, eləcə də, müttəhimlərin yaxınları buraxılmayacaq.

Hələ aprelin 8-də «Ergenekon» işi üzrə proses zamanı “Silivri” məhkəməsinin qarşısında çoxminlik etiraz aksiyası keçirilmişdi. Polis əməkdaşları nümayişi su şırnaqları və gözyaşardıcı qazdan istifadə etməklə dağıtmışdı. O vaxtdan məhkəmə iclasları zamanı binanın qarşısında insanların toplaşmasına icazə verilmir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 126